Türk polkovniklər görün hansı şəhərdə tapıldı

© REUTERS / Murad Sezer/File PhotoDarbe girişimi / Boğaziçi Köprüsü
Darbe girişimi / Boğaziçi Köprüsü - Sputnik Azərbaycan
Abunə olmaq
Həbs olunan polkovniklərin TRT-yə hücum və İstanbulda Boğaziçi körpüsündə xalqa atəş açılması təlimatlarını verdiyi bildirilir.

BAKI, 15 avq — Sputnik. Fətullah Gülən şəbəkəsi və Paralel Dövlət İdarəçiliyinin 15 iyul çevriliş cəhdi ilə bağlı aparılan istintaq işlərinə əsasən axtarışda olan, fərari qərargah polkovniki Nəbi Qəznəli və qərargah polkovniki Müslüm Kaya Konyada ələ keçirilib.

Sputnik bu haqda TRT haber-ə istinadən məlumat verir.

Fərari əsgərlərin Konyada olduğunu müəyyənləşdirən və hərəkətə keçən polis qrupları Qəznəli və Müslüm Kayanı Səlcuqlu qəsəbəsinin mərkəzində Yazır Məhəlləsində kirayəyə götürdükləri evdə həbs edib.

Şübhəlilərin iki gündür Konyada qaldıqları, İstanbula gedib oradan da Misirə qaçmağı planlaşdırdıqları məlum olub.

Həbs olunan polkovniklərin TRT-yə hücum və İstanbulda Boğaziçi körpüsündə xalqa atəş açılması təlimatlarını verdiyi bildirilir.

Xəbər lenti
0