BAKI, 15 avq — Sputnik. Bir çoxlarımız dənizdə, qum üzərində gəzərkən psammoterapiya — qumla müalicə növü ilə məşğul olduğumuzu bilmirik.
Sputnik saglamolun.az-a istinadən bildirir ki, isinmiş qum orqanizmin hüceyrələrinə istini ötürərək, orqanlarımızı içəridən isidir. Bu isə bir çox xroniki iltihab reaksiyalarının müalicəsində kömək edir.
Bundan əlavə isti qum, reseptor olaraq, dəri, oynaq və daxili orqanların istilik reseptorlarını qıcıqlandırır. Bu mexaniki təzyiq dəri və yumşaq hüceyrələrin qan və limfotik damarlarına təsir edərək, kapilyar və arteriyaların torunu genişləndirir, bununla da qan axını güclənir və onun bölüşdürülməsi baş verir. Ürək —damar sisteminin iş prinsipi nizama salınır.
Həmçinin dəniz qumu yüksək tərləmə səviyyəsini müalicə edə bilir. Bunun üçün yalnız qumun üzərinə uzanmalısınız ki, o, çox miqdarda ifraz olunan təri özünə çəkə bilsin.
Qumun mənfi tərəfləri
Parazitlər. İctimai çimərliyin qumunda sizə rast gələ biləcək təhlükələrdən biri də helmintlər və leptopsirozdur. Məhz bu səbəbdən ictimai çimərlikdə qaralmaq üçün çalışıb öz xalçanızdan və ya şezlonqdan istifadə edin. Evə qayıtdıqda isə dərhal duş qəbul edin ki, dəriyə düşən sürfələr yuyulsun.
Qadın iltihabı. Qum intim zonaya düşdükdə kolpit, vaqinit, selpit kimi müxtəlif iltihabi prosesslər yarada bilər. Bundan əlavə nəm qumda axşam vaxtı istirahət etdikdə, 2-3 günlük sistit xəstəliyi qazanmaq mümkündür. Kiçik çanaq sümüyü çox keçmədən soyuqlamanın nəticəsini göstərəcək. Məhz bu səbəbdən sudan çıxarkən yaxşı qurulanıb, mümkün olsa, quru çimərlik paltarı geyinməyiniz məsləhət görülür.
Xroniki xəstəliyinin ağırlaşması. Əgər orqanizmdə yüngül sürən qadın iltihab prosessləri varsa, qum bu xroniki xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Həmçinin orqanizmdə hər hansı göbələk xəstəliyi gizli olaraq varsa, o zaman da ehtiyatlı olmaq lazımdır.
Çimərlik göbələyi. Hamıya tanış olan bu problemi qazanmaq üçün o insanla təmasda olmaq mütləq deyil, sadəcə onun dayandığı qumda dayanmaq kifayət edir. Bundan sonra barmaqlar arası çatlar əmələ gəlir, sonra isə göbələk dırnağa doğru yönlənir. Bu kimi problemi ev şəraitində və ya basseyndə qazanmaq mümkün deyil. Belə ki, o, yalnız günəş şüaları altında aktivdir. Göbələyin ilk əlamətlərində mütləq dermotoloqa müraciət etməyiniz məsləhət görülür.