Məşhur futbolçu polis tərəfindən öldürüldü

© Sputnik / Alexey KudenkoФутбольный мяч. Архивное фото
Футбольный мяч. Архивное фото - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Vaxtilə "Real Sosyedad", "Aston Villa", "Fənərbaxça", "Mançester Siti" kimi klubların ulduzu olmuş ingilis futbolçu elektrik tapançasının qurbanı olub.

BAKI, 15 avq-Sputnik. İngiltərəli karyerasını başa vuran futbolçu Dalian Atkinson polis tərəfindən öldürülüb. 

Sputnik Sportarena-ya istinadən xəbər verir ki, 48 yaşlı sabiq futbolçu "tazer"dən (elektrik tapançası) açılan atəş nəticəsində xəsarət alıb.

Sabiq futbolçu xəstəxanaya yerləşdirilib, amma onun həyatını həkimlər xilas edə bilməyib.

Qeyd edək ki, D.Atkinson "Real Sosyedad", "Aston Villa", "Fənərbaxça", "Mançester Siti" kimi klublarda çıxış edib.

Xəbər lenti
0