Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

15 yaşlı oğlan Xəzərdə boğuldu

Abunə olmaq
Lakin əsən güclü külək və güclü külək nəticəsində yaranan böyük dalğalar onun xilas edilməsinə imkan verməyib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 15 avq — Sputnik. Bu gün Lənkəranda dənizdə boğulma hadisəsi baş verib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, Lənkəranın Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü İslamzadə Elmar Eldar oğlu Xəzər dənizinin Lənkəran hissəsində, rayonun Kiçik bazar ərazisində olan çimərlikdə çimərkən, sahildən təqribən 8-15 metr aralıqda batıb.

Hadisə günorta saat 13.00 radələrində baş verib. Elmarı ilk olaraq ərazidə xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) Sularda Xilasetmə Xidmətinin əməkdaşlarından biri görüb və dərhal onu sudan çıxarmağa cəhd edib.

Lakin əsən güclü külək və güclü külək nəticəsində yaranan böyük dalğalar xilasediciyə mane olub. Hazırda E. İslamzadənin meyitinin axtarışları davam etdirilir.

Xəbər lenti
0