Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı aktyor türk filmində

© Photo : Kyamran AgabalaevKamran Ağabalayev, aktyor
Kamran Ağabalayev, aktyor - Sputnik Azərbaycan
Abunə olmaq
Kamran Ağabalayev "Atcalı kel Mehmet" filmində baş rollardan birini oynayıb

BAKI, 15 avq — Sputnik. Azərbaycanlı aktyor Kamran Ağabalayev Türkiyədə yeni filmdə rol alıb. Aktyor Sputnik-in əməkdaşına açıqlamasında bildirib ki, "Atcalı kel Mehmet" (Atcalı keçəl Məmməd) filmində baş rollardan birini oynayacaq. Aktyorumuzu bu filmdə mənfi obrazda görəcəyik.

Qeyd edək ki, film Türkiyənin Mədəniyyət Nazirliyinin, TRT 1 və "Gülər film"in dəstəyi ilə çəkiləcək. Filmdə, eyni zamanda məşhur türk aktyorları Gökhan Kəsər, Şeyma Burcu, Camal Unal, Mehmet Polad və başqaları çəkilib.

Xatırladaq ki, filmin dekabr ayında Türkiyədə və Azərbaycanda kinoteatrlarda nümayiş olunacağı gözlənilir.

Xəbər lenti
0