BAKI, 15 avq — Sputnik. PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətindəki polis nəzarət-buraxılış məntəqəsinin qarşısında partlayış törədiblər. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir-Mardin avtomobil yolunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib.
© Sputnik / timeturk.comHadisə Diyarbəkir-Mardin avtomobil yolunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib
Hadisə Diyarbəkir-Mardin avtomobil yolunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib
© Sputnik / timeturk.com
Xəbərə görə, partlayışda 20 polis əməkdaşı və çoxlu sayda mülki vətəndaş yaralanıb. Polislərdən üçünün dünyasını dəyişdiyi bildirilir.
Hadisədən sonra terrorçularla hərbçilər arasında silahlı atışma olub. Hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.