BAKI, 15 avq — Sputnik. Avqustun 14-də Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından gələn yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirilib və bu zaman avtomobilin gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsindən xeyli miqdarda narkotik vasitə — heroin aşkar olunub.
Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib. Hazırda faktla bağlı araşdırma aparılır və ictimaiyyətə daha ətraflı məlumat veriləcək.