Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Toy karvanında qəza baş verdi, ölən var

CC0 / Alexas_Fotos / crushToy karvanında qəza
Toy karvanında qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam MRX-dan APA-ya verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G. Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.

BAKI, 14 avq — Sputnik. Tərtərdə toy karvanında qəza baş verib.

APA-nın xəbərinə görə, hadisə Tərtərin “Dörd yol” adlanan ərazisində baş verib.

Maşın karvanında hərəkət edən 99BK 744 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın qarşıdan gələn 90 AN 513 nömrə nişanlı  “Niva” markalı avtomobillə toqquşub. “Niva” markalı avtomobil Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Dövlət Ekspertiza İdarəsinə, “Mercedes” markalı avtomobil Rüstəmov Şəhriyar Valeh oğluna məxsusdur. Toqquşma nəticəsində “Mercedes”  markalı maşın yol kənarındakı yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.

Ağdam MRX-dan APA-ya verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G. Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.

Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. 

Xəbər lenti
0