BAKI, 14 avqust – Sputnik. Şəki rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz at əti satışının qarşısını alıblar.
Rayon sakini Çingiz Məmmədovun həyətyanı sahəsinə baxış keçirilən zaman burada saxlanılan 8 baş kəsilmiş at əti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Çingiz Məmmədov bir neçə müddətdir ki, bu işlə məşğul olur. O, Şəki və Bərdə bazarlarından aldığı atları öz həyətyanı sahəsində kəsərək mal əti adı ilə satıb. Şəki şəhər Baytarlıq İdarəsinin əməkdaşlarının iştirakı ilə faktla bağlı akt tərtib edilib.
Aşkarlanmış qanunsuz at əti yandırılma yolu ilə məhv edilib, araşdırma davam etdirilir.