BAKI, 13 avq-Sputnik. Bolqarıstanın cənubunda aparılan tədqiqatlar zamanı qeyri-adi üzük tapılıb. Alimlər o üzüyün dünyanın ən qədim zinət əşyası olduğunu düşünürlər.
Sputnik-in məlumatına görə, üzük şəklində bükülmüş düz xətdən ibarət bu miniatür zinət əşyasının çəkisi 0.15 qramdır.
Tapıntının eramızdan əvvəl 4600-cü illərə aid olduğu bildirilir. Alimlər tapıntının məşhur Varna qızılından 200 il böyük olduğunu düşünürlər.
Lakin metalın dəqiq tarixini müəyyən edən texnologiyanın hələ də olmaması bu tapıntının "dünyanın qızıldan hazırlanmış ən qədim zinət əşyası" statusunu sual altına qoyur. Buna görə də Varna nekropolunda aşkar edilmiş əl işlərinin hələ də daha qədim olacağı istisna edilmir.