CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə naziri hərbçilərin beynəlxalq yarışlarının bağlanış mərasimində iştirak edib

© mod.gov.azHərbçilərin beynəlxalq yarışlarının bağlanış mərasimi
Hərbçilərin beynəlxalq yarışlarının bağlanış mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 13-də Alabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının təntənəli bağlanış mərasimi olub.

BAKI, 13 avq — Sputnik. Moskva şəhərində işgüzar səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Alabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları — 2016" yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib. Bu barədə Sputnik Müdafiə nazirliyinə istinadən məlumat verir.

Yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və 23 nominasiya üzrə müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

Müdafiə naziri tankçılarlarımızla görüşərək onların ilk dəfə olaraq belə bir mötəbər yarışda iştirak edərək Azərbaycanı layiqincə təmsil etdiklərini xüsusi vurğulayıb və onlara xidmətlərində uğurlar arzulayıb.

"Beynəlxalq Ordu Oyunları — 2016" yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Qeyd edək ki, iyulun 30-dan başlayan hərbçilərin beynəlxalq yarışlarının "Tank biatlonu" və "Xəzər kuboku" müsabiqələrində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri hər iki nominasiyada müxtəlif mərhələlərdə qaliblər sırasında olmaqla ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Xəbər lenti
0