CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Natiq Cəfərlinin barəsində qərardan apellyasiya şikayəti veriləcək

CC0 / qimono / hammerсудебный молоток
судебный молоток - Sputnik Azərbaycan
Abunə olmaq
Vəkil Cavad Cavadlı bildirib ki, onun barəsində olan həbs qətimkan tədbiri haqqında məhkəmə qərarını aldıqdan sonra apellyasiya şikayəti verəcəklər.

BAKI, 13 avq — Sputnik. REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadlı bildirib ki, onun barəsində olan həbs qətimkan tədbiri haqqında məhkəmə qərarını aldıqdan sonra apellyasiya şikayəti verəcəklər.

Vəkil N. Cəfərlinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirildiyini də deyib.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0