Avropa İttifaqından PKK açıqlaması

© AP Photo / Yves LoggheThe EU nations flags are mirrored in the windows of the EU Council headquarters ahead of a two-day EU summit in Brussels, Wednesday March 12, 2008
The EU nations flags are mirrored in the windows of the EU Council headquarters ahead of a two-day EU summit in Brussels, Wednesday March 12, 2008 - Sputnik Azərbaycan
Abunə olmaq
Aİ Komissiyası Türkiyənin bir daha terror hücumlarının hədəfində olduğu bildirib və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

BAKI, 12 avq — Sputnik. Avropa İttifaqı PKK terror təşkilatının Diyarbəkir və Mardindəki xain hücumlarını qınayıb və Türkiyə ilə həmrəy olduğunu açıqlayıb.

Sputnik TRT-yə istinadən xəbər verir ki, Aİ Komissiyasının açıqlamasında Türkiyənin bir daha terror hücumlarının hədəfində olduğu bildirilərək, həyatını itirənlərin ailələrinə başsağlığı, yaralılara isə şəfa dilənib.

Qeyd edək ki, Mardin vilayətinin Kızıltəpə qəsəbəsində, PKK terrorçularının yol kənarına qoyduqları bomba, çevik polis alayını daşıyan zirəhli texinakının keçişi zamanı partlamış, nəticədə bir polis şəhid olmuş, iki dinc vətəndaş həyatını itirmiş, 5-i polis olmaqla 30 nəfər də yaralanmışdı.

Diyarbəkir vilayətinin Sur qəsəbəsində də polis servis maşınına PKK terrorçuları tərəfindən edilən hücumda eyni ailədən 5 vətəndaş həyatını itirmiş, 5-i polis 12 nəfər yaralanmışdı.

Xəbər lenti
0