Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qərb Türkiyəyə qarşı ikiüzlü siyasət yeridir

© REUTERS / Murad Sezer/File PhotoAvropa ittifaqı və Türkiyənin bayraqları
Avropa ittifaqı və Türkiyənin bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Mehmet Fatih Öztarsu: Qərbin Türkiyəni uşaq kimi azarlayaraq təhdid etməsi qəbul edilə bilməz.

BAKI, 11 avq-Sputnik. Qərb son zamanlar, xüsusilə də Türkiyə-Rusiya münasibətlərində yeni dönəm başlayandan sonra Türkiyəni tez-tez NATO-dan çıxarmaq və Avropa İttifaqına götürməməklə bağlı hədələyir. 

Politoloq Elxan Şahinoğlu Sputnik-ə açıqlamasında deyib ki, Qərb ikiüzlü siyasət yeridir: "Türkiyə NATO ölkəsi kimi əslində bu təşkilata üzv ölkələrlə birgə hərbi istehsalı həyata keçirmək üçün hərbi əməkdaşlığı inkişaf etdirmək istəyərdi. Türkiyənin xarici işlər naziri də deyib ki, NATO ölkələri Türkiyəyə hərbi texnika vermək istəmir, verdiklərini də öz nəzarətləri altında saxlamaq istəyirlər. Türkiyə ilə yeni texnologiyanı bölüşmək istəmirlər". 

NATO - Sputnik Azərbaycan
TƏHLİL
Türkiyəsiz NATO...
Politoloqun fikrincə, belə olan halda Türkiyə öz istehsalını həyata keçirməyə, NATO-dan kənar dövlətlərlə əməkdaşlıq etməyə məcburdur. 

"Əgər NATO ölkələri yeni hərbi texnologiyaları Türkiyə ilə bölüşmürlərsə, ona silah satmaq istəmirlərsə, Türkiyə Rusiya və Çin kimi ölkələrlə hərbi sahədə əməkdaşlıq edəcək. Bu xeyirlidirsə, Türkiyə bundan imtina etməyəcək" — deyə E.Şahinoğlu bildirib.

Türkiyə-NATO münasibətlərində onsuz da gərginliyin olduğunu vurğulayan ekspert deyib: "NATO-nun əsas üzvləri kimlərdir? ABŞ və Avropa İttifaqının aparıcı dövlətləri. ABŞ-la münasibətlər soyuyub. Çünki, Fətullah Güləni Türkiyəyə ekstradisiya etmək istəmirlər. Halbuki Türkiyəni strateji müttəfiq sayırlar. Avropa İttifaqı ölkələri ilə də münasibətlər soyuyub. Çünki, onlar da Türkiyəni 53 ildir birliyin qapısında gözlətdirirlər, viza məsələsini həll etmək istəmirlər. Bu mənada münasibətlərdə soyuqluq var".
Politoloq hesab edir ki, NATO ölkələrinin Türkiyəyə çox ehtiyacları var. Ona görə də, NATO ölkələri Türkiyəni birtərəfli qaydada qurumdan xaric etməyəcəklər.

"Qərb hər zaman təbliğatın idarə edilməsini ustalıqla həyata keçirib. Türkiyə ilə Rusiyanın yaxınlaşması həqiqətən də Qərbi narahat edir. Bu prosesdə Qərb tərəfindən sözügedən ifadələrin işlədilməsi də normal haldır."

Bu fikirləri isə Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu Sputnik-ə açıqlamasında deyib.

O, bildirib ki, Türkiyə Qərblə olan köklü münasibətlərinə zərər verəcək ölkə deyil. Ancaq Qərbin Türkiyəni uşaq kimi azarlayaraq təhdid etməsi də qəbul edilə bilməz. Buna bənzər davranışları əvvəllər də gördük. Qərb Türkiyənin Kipr məsələsindəki mövqeyinə şiddətlə qarşı çıxırdı. Ancaq İsmət Paşa kimi "yeni bir dünya qurulur, Türkiyə də orada yerini alır" demək də Türkiyənin davranışıdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Elizabet Trudo - Sputnik Azərbaycan
Dövlət Departamenti: Biz Türkiyə və ya FETÖ arasında seçim etməyəcəyik
Mehmet Fatih Öztarsu deyib ki, Türkiyə NATO-dan çıxmağı heç bir zaman söyləməyib ancaq nədənsə Qərbdə mənfi təbliğat davam edir. Türkiyə Asiya və Avropa arasında bir körpü olaraq hər cür əməkdaşlığı edən bir ölkədir. Asiya əsilli bir ölkənin Şərqdəki siyasi ittifaqlardan uzaq qalması düşünülə bilməz. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Rusiyanın müdafiə sənayesi sahəsində əməkdaşlığı artırmaq qərarı ilə bağlı deyib ki, Türkiyənin NATO üzvü kimi öhdəliklərinin olduğunu nəzərə alırlar: "Öz müdafiə sistemimizi qurmaq və öz texnologiyamızı başqa ölkələrlə əməkdaşlıq edərək inkişaf etdirmək lazımdır. O zaman da sən (Qərb) bunları etmirsən. Müttəfiq olaraq NATO ilə birlikdəyik. Türkiyəyə başqa gözlə baxırlarsa, Türkiyə də başqa axtarışların içinə girmək məcburiyyətindədir. Mən bu texnologiyaları inkişaf etdirmək, öz təhlükəsizliyimizi təmin etmək, müdafiə sistemimizi qurmaq məcburiyyətindəyəm".

Çavuşoğlu Qərb dairələrinin Türkiyəni hədələdiyinə də diqqət çəkib: "Bir də görürsən bəyanat verirlər ki, Türkiyə ilə müzakirələri dayandırarıq, Türkiyəni Avropa İttifaqına götürmərik. Və ya düşünürlər ki, görəsən Türkiyəni NATO-dan çıxaraq? Buna bənzər axmaq təhdidlər gəlir."

Xəbər lenti
0