Azərbaycana ikinci medal da cüdodan gəldi

© REUTERS / Stoyan NenovДзюдоист Эльмар Гасымов выходит в финал Олимпиады
Дзюдоист Эльмар Гасымов выходит в финал Олимпиады - Sputnik Azərbaycan
Abunə olmaq
Cüdoçu Elmar Qasımov Rio-2016-nın finalındadır.

BAKI, 11 avq-Sputnik. Azərbaycanı 2016-cı il Rio-de-Janeyro XXXI Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov finala yüksəlib.

Sputnik-in məlumatına görə, o, yarımfinalda ukraynalı Artyom Bloşenko ilə qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

İdmançı finala çıxmaqla özünə azı gümüş medalı təmin etmiş olub.

1/4 finalda o misirli Ramazan Dərvişə qalib gəlib.

Daha öncəki mərhələlərdə Qasımov əlcəzairli Lues Bouyaqub və rusiyalı Tahir Haybullayev üzərində qələbə qazanıb.

Xəbər lenti
0