BAKI, 11 avq-Sputnik. Alimlər yaşlı insanların cavanlara nisbətən daha çox çəki itirmələrinin səbəbini araşdırıblar.
Sputnik "Vista News" saytına istinadla xəbər verir ki, araşdırmalar nəticəsində yaşlı insanların orqanizminin "toxluq" hormonunu daha çox istehsal etdiyi bəlli olub.
Bu maddə isə toxluq hissini təmin etməyi bacarır. Adətən orqanizmdə yeməkdən sonra istehsal olunan hormonun artması "yaşlılıq anoreksiyasına" səbəb olur. Belə ki, bu maddənin artması nəticəsində insan özünü daha uzun zaman tox hiss edir.