CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Smartfonlar üçün dünyanın ən böyük yaddaşa malik çipləri istehsal olunub

© pixabay / FirmBeeSmartfon
Smartfon - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni yaddaş çiplərində işləmə sürəti ardıcıl oxuma rejimində 600 Mbit/s təşkil edir ki, bu da şirkətin əvvəlki nəsil məhsullarının göstəricisini 40 faiz ötür.

BAKI, 11 avq-Sputnik. "Micron" şirkəti smartfon üçün bazarda ən yüksək sıxlığa və məhsuldarlığa malik yaddaş çipləri istehsal edib. Yeni yaddaş çipi ilə təchiz edilmiş ilk qurğuların 2017-ci ilin ikinci yarısında satışa çıxarılacağı gözlənilir.

Sputnik-in məlumatına görə, "Micron" şirkəti, ümumilikdə, dörd çip modeli buraxıb. Onların ikisində "Universal Flash Storage 2.1" ("UFS"), digər ikisində isə "MultiMediaCard 5.1" ("eMMC") standartından istifadə edilib.

"Universal Flash Storage 2.1" standartı tətbiq edilmiş modellərdən biri çoxfunksiyalı moduldur, 32 giqabayt (QB) fləş yaddaşdan başqa 3 QB tutumunda "LPDDR4X" əməli yaddaşına malikdir. Yeni çiplərdə tətbiq edilmiş "3D NAND" texnologiyası məlumatların yazma sıxlığını xeyli (planar strukturla müqayisədə 3 dəfə yüksək) yüksəltməyə imkan verib.

Bundan başqa, şirkət yeni çiplərdə ilk dəfə üzən çaxmaqlı tranzistorların tətbiqinə dair qərar verib. Şirkətin nümayəndəsi Den Binqem deyib ki, nəticədə yaddaşın istismar müddəti və etibarlılığı artacaq.

Yeni yaddaş çiplərində işləmə sürəti ardıcıl oxuma rejimində 600 Mbit/s təşkil edir ki, bu da şirkətin əvvəlki nəsil məhsullarının göstəricisini 40 faiz ötür.

Xəbər lenti
0