Diqqət: Nazirlik Azərbaycan əhalisini xəbərdar etdi

© Sputnik / Murad OrujovBakıda isti
Bakıda isti - Sputnik Azərbaycan
Abunə olmaq
"Güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox təhlükəlidir."

BAKI, 11 avq-Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan əhalisinə ölkə ərazisində davam edəcək isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Sputnik-ə daxil olan xəbərdarlıqda bildirilir ki, avqustun 15-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.

Nazirlik meteohəssas insanları xüsusilə xəbərdar edib ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox təhlükəlidir. Odur ki, uzun müddət açıq havada olmaq məsləhət deyil.

Xəbər lenti
0