SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: İlham Əliyev Rusiya-Türkiyə əlaqələrinin bərpasında böyük rol oynayıb

© REUTERS / Sergei KarpukhinVladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü. Sankt-Peterburq, 9 avqust 2016-cı il
Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü. Sankt-Peterburq, 9 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 11-də “Sputnik” Mətbuat Mərkəzində “Cənubi Qafqaz” politoloqlar klubunun “Prezidentlərin Bakı və Sankt-Peterburq zirvəsinin region üçün nəticələri” mövzusunda növbəti iclas keçirilib.

Ekspert: İlham Əliyev Rusiya-Türkiyə əlaqələrinin bərpasında böyük rol oynayıb
“Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi bir sıra Rusiya ekspertlərinin Azərbaycana qarşı mənfi bəyanatlarına gətirib çıxarırdı. Digər tərəfdən, bizim Türkiyə ilə qardaşlıq, Rusiya ilə isə strateji tərəfdaşlıq münasibətlərimiz var və biz bundan imtina etmək fikrində deyildik. Bu münasibətlərin bərpa olunması Azərbaycanın xeyirinədir, çünki hər iki dövlətin regionda baş verən hadisələrə təsiri var”.

Bunu iyulun 11-də “Sputnik” Mətbuat Mərkəzində “Cənubi Qafqaz” politoloqlar klubunun “Prezidentlərin Bakı və Sankt-Peterburq zirvəsinin region üçün nəticələri” mövzusunda keçirilən 45-ci iclasında politoloq Fikrət Sadıxov bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Rusiya və Türkiyənin münasibətlərinin bərpasında böyük rol oynayıb. “Onların münasibətlərinin gərginləşməsi bizim o ölkələrlə münasibətlərimizə də mənfi təsir edirdi. Türkiyəyə qarşı olan bəzi rus siyasi şərhçilər Azərbaycana qarşı da bəyanatlarla çıxış edirdilər. Elə təəssürat yaranırdı ki, sonsuz müharibə gedir. Lakin buna son qoyuldu və bu çox pozitiv faktordur”, — deyə Sadıxov əlavə edib.

Ekspertin sözlərinə görə, Bakı sammiti çox vacib bir görüş oldu: “Sammit Azərbaycanın bu ölkələrlə olan münasibətlərinin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çıxmasına şərait yaratdı. Bakıda qəbul olunan bəyannamədə terrorçuluğa qarşı da çox əhəmiyyətli fikirlər vurğulandı. İndi terrorçuluq bütün ölkələr üçün təhlükə mənbəyidir və Azərbaycan da bu məsələdə istisna deyil”.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, keçirilən görüşlər bizim ölkələrin münasibətlərini daha da yaxşılaşdırdı. “Ermənistan isə bu məsələdə kənarda qaldı. O, daha da geriyə gedir. Ermənistan Azərbaycan-İran-Ermənistan, Azərbaycan-Türkiyə-Ermənistan və Azərbaycan-Rusiya-Ermənistan formatlarında görüşlərdə belə hər hansı bir nəticəyə gəlməyə mane oldu”, — deyə o bildirib.

Ekspert əlavə edib ki, bütün hallarda, təhlükəsizlik məsələləri daim aktual olaraq qalır: “Bu tək Azərbaycanın deyil, həm də İran, Rusiya, Türkiyə və Gürcüstanın problemidir. Hesab edirəm ki, Bakı sammitində bu mövzuda çox ciddi ismarıclar səsləndi”.

Tofiq Abbasov Türkiyə-Rusiya münasibətlərinə o qədər də optimist yanaşmır və hesab edir ki, əvvəlcə Türkiyə öz xarici prioritetlərini dəqiqləşdirməlidir. “Türkiyə özü qərar verməlidir ki, hansı bloka yaxınlaşsın. O, Qərb və Şərq arasındakı seçimini dəqiqləşdirməlidir”, — deyə ekspert bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin hava sərhədini pozduğu iddia olunan Rusiyanın "Su-24" qırıcısı türk hərbçilər tərəfindən vurulub. Nəticədə rus pilotlardan biri təyyarədə həlak olub. Katapult edən ikinci pilotun isə qeyri-qanuni silahlı birləşmələrin üzvü olduğu güman edilən Alparslan Çelik tərəfindən öldürüldüyü iddia edilir.

Bu hadisə Türkiyə ilə Rusiya arasında münasibətlərin korlanmasına səbəb olmuşdu. Rusiya prezidenti Vladimir Putin Türkiyə tərəfinin bu addımını "arxadan vurulan zərbə" kimi qiymətləndirmişdi. İyun ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın pilotların ailəsindən üzr istəməsindən sonra, iki ölkə arasında münasibətlər düzəlməyə başlayıb.

Xəbər lenti
0