BAKI, 11 avq — Sputnik. Ağ Evin Milli Təhlükəsizlik Şurasının spikeri Ned Prays, ABŞ-ın Şırnak, Mardin və Diyarbəkirdə PKK silahlıları tərəfindən həyata keçirilən terror aktlarını ən sərt şəkildə pislədiyini açıqlayıb. Sputnik bu barədə TRT-yə istinadən məlumat verir.
Həyatını itirənlər və onların yaxınları üçün dua etdiklərini deyən sözçü yaralılalara təcili şəfa diləyib.
Ned Prays terror aktları və 15 iyul çevriliş cəhdinə məruz qalan Türkiyənin NATO müttəfiqi olduğunu xatırladaraq deyib:
"Türkiyə NATO-nun müttəfiqidir və ona dəstək vermək bizim borcumuzdur. NATO və Birləşmiş Ştatların Türkiyəyə olan sarsılmaz dəstəyi davam edəcək."
Türk rəsmilərlə yaxın əlaqədə olduqlarını söyləyən spiker, terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığa dair vədlərini bir daha yeniləyib.