Türkiyədən dəhşətli statistika

© Photo : Alchetron.comTürkiyənin daxili işlər naziri Əfqan Ala
Türkiyənin daxili işlər naziri Əfqan Ala - Sputnik Azərbaycan
Abunə olmaq
76100 dövlət qulluqçusu işdən azad olunub.

BAKI, 11 avq-Sputnik. Türkiyədə hərbi çevrilişə cəhddən sonra həbs edilən və işdən çıxarılan şəxslərin statistikası açıqlanıb.

"Hürriyet" qəzetinin yazdığına görə, Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib ki, FETÖ terror təşkilatına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 76100 dövlət qulluqçusu işdən azad olunub.

Ala əlavə edib ki, 5171 nəfər tutulub, 16899 nəfər isə həbs edilib. Həbs edilənlərdən 3083-ü polis, 7248-i əsgər, 2288-i hakim və prokurordur.

Daxili işlər naziri qeyd edib ki, 7173 nəfər nəzarət altında qalmaq şərti ilə, 3601 nəfər isə tam sərbəst buraxılıb.

Ala 9-u general olmaqla, 190 hərbçi və 96 polisin axtarışda olduğunu bildirib.

Xəbər lenti
0