Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Möcüzə: Vərəm diaqnozu qoyan siçovullar

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidПодопытные мыши в лаборатории
Подопытные мыши в лаборатории - Sputnik Azərbaycan
Abunə olmaq
Bu siçovullar qabdakı bəlğəmi qoxlamaqla diaqnoz qoyurlar və buna görə bananla mükafatlandırılırlar.

BAKI, 10 avq-Sputnik. Vərəmin sürətlə yayıldığı bir zamanda Mozambik və Tanzaniyadan olan mütəxəssislər bu xəstəliyin diaqnozunun daha tez və ucuz yolla — nəhəng kisəli siçovullar vasitəsilə qoyulması üsulunu aşkar ediblər.

Pişik böyüklüyündə olan bu siçovullar iybilmə qabiliyyətləri vasitəsilə vərəm diaqnozu qoymaq üçün istifadə olunan ənənəvi üsulların müəyyənləşdirə bilmədiyi 10 min nəfərdə adıçəkilən xəstəliyin əlamətlərini tapıblar.

Sputnik "CBC"yə istinadla xəbər verir ki, tədqiqatı həyata keçirən həkimlərdən biri Stüart Reyd vərəm törədən bakteriyaların insan orqanizmində bir sıra birləşmələr ifraz etdiyini bildirib. Diqqətə çatdırıb ki, məhz həmin siçovullar xüsusi dəqiqliklə həmin elementləri aşkar etmək qabiliyyətinə malikdirlər. Xüsusi olaraq əhilləşdirilmiş bu siçovullar qabdakı bəlğəmi qoxlamaqla bir növ diaqnoz qoyurlar və hər reaksiyalarına görə əzilmiş bananla mükafatlandırılırlar.

İnkişaf etmiş ölkələrdə analizlər xüsusi mikroskoplar ilə həyata keçirilir. S.Reyd aşkar etdikləri vasitənin bu ənənəvi üsuldan daha sürətli və dəqiq olduğunu iddia edir: "Mikroskop vasitəsilə gündə 20 xəstənin vəziyyəti müəyyənləşirsə, siçovullar 20 dəqiqə ərzində 100 xəstəyə diaqnoz qoya bilərlər".

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı siçovullar vasitəsilə vərəm diaqnozunun qoyulmasının genişmiqyaslı tətbiqini məqsədəuyğun hesab etməsə də, Efiopiya və bir sıra digər Afrika ölkələri bu üsuldan tam istifadə etmək üçün daha geniş tədqiqatların aparılması qərarına gəliblər.

Xəbər lenti
0