Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEC: Neftin qiymətləri aşağı düşməkdə davam edəcək

© AP Photo / TefkenBakı-Tbilisi-Ceyhan neft kəməri
Bakı-Tbilisi-Ceyhan neft kəməri - Sputnik Azərbaycan
Abunə olmaq
Qlobal neft bazarlarında qiymətlərin üç ayın ən aşağı səviyyəsinə enməsinə səbəb yay fəsli ilə əlaqədar tələbatın azalması və neft ehtiyatlarının yüksək səviyyədə qalmasıdır.

BAKI, 10 avq-Sputnik. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft bazarındakı zəifləmənin davam edəcəyini proqnozlaşdırır.

Sputnik-in məlumatına görə, bu barədə OPEC-in aylıq hesabatında deyilir. OPEC-in proqnozuna görə, qlobal neft bazarlarında qiymətlərin üç ayın ən aşağı səviyyəsinə enməsinə səbəb yay fəsli ilə əlaqədar tələbatın azalması və neft ehtiyatlarının yüksək səviyyədə qalmasıdır.

Xam neft təklifinin artmasının təsiri ilə şirkətlərin gəlirinin azalması nəticəsində ABŞ və Avropadakı zavodlar tutumdan istifadə nisbətini aşağı salacaq.

Hesabatda ABŞ-da benzin istehlakının yay fəslinin bitməsi ilə azalacağı da bildirilir.

Xəbər lenti
0