CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarif Şurası test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirəcək

© Sputnik / Rahim MuradovMasallıda V ixtisas qrupuna sənəd verən abituriyentlər üçün imtahan keçirilib
Masallıda V ixtisas qrupuna sənəd verən abituriyentlər üçün imtahan keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Tarif (qiymət) Şurasına test imtahanında iştirak etmək üçün ödənişin məbləğini iki ay müddətində müəyyən etmək tapşırılıb.

BAKI, 10 avq — Sputnik. Tarif (qiymət) Şurasına yeni səlahiyyət verilib.

Sputnik-in xəbərinə görə, bu, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanda əksini tapıb.

Test imtahanında iştirak etmək üçün ödənişin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək. Fərmana əsasən Tarif (qiymət) Şurasına test imtahanında iştirak etmək üçün ödənişin məbləğini iki ay müddətində müəyyən etmək tapşırılıb.

Xəbər lenti
0