Doğum evində dəhşət: körpələr yanaraq öldü

© AFP 2024 / Kazuhiro NOGIBağdaddakı doğum evlərindən birində yeni doğulmuş körpə. Arxiv şəkli
Bağdaddakı doğum evlərindən birində yeni doğulmuş körpə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Doğum evində baş verən yanğın nəticəsində dünyaya yenicə göz açan 11 körpə yanaraq həyatını itirib.

BAKI, 10 avq-Sputnik. Doğum evində baş verən yanğın nəticəsində dünyaya yenicə göz açan 11 körpə yanaraq həyatını itirib.

Hadisə İraqın Bağdad şəhərində yerləşən doğum evlərindən birində baş verib.

Məlumatı "Al-Arabiya" telekanalı İraqın Səhiyyə Nazirliyinə istinadən yayıb.

Hadisədə zərərçəkənlərin tam sayı məlum olmasa da, azı 11 körpənin öldüyü bildirilir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti
0