Gəncədə qadın ailə münaqişəsi zəminində intihara cəhd edib

Abunə olmaq
Şəhər sakini 1989 -cu il təvəllüdlü Vüsalə Adil qızı Əliyeva həyat yoldaşı ilə dalaşdıqdan sonra bir neçə adda dərmanı eyni vaxta içərək özünə intihara cəhd göstərib.

BAKI, 9 avq — Sputnik. Gəncədə ailə münaqişəsi zəminində baş verən mübahisə tərəflərdən birinin intihara cəhd etməsinə səbəb olub.

"Report"un məlumatına görə, şəhər sakini 1989 —cu il təvəllüdlü Vüsalə Adil qızı Əliyeva həyat yoldaşı ilə dalaşdıqdan sonra bir neçə adda dərmanı eyni vaxta içərək özünə intihara cəhd göstərib.

O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0