BAKI, 9 avq — Sputnik. Bakıda Türkiyə vətəndaşının ət kəsmə məntəqəsində mənşəyi bilinməyən ət aşkar edilib.
Sputnik-in DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov rayon 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ucal Ergün tərəfindən rayon ərazisində icarəyə götürülmüş “Ergün Ucal” ət kəsmə məntəqəsində mənşəyi məlum olmayan 200 kq ət aşkar olunaraq götürülüb.