BAKI, 9 avq — Sputnik. 2012-ci ilin sentyabrında Liviyanın Benqazi şəhərində terror aktı nəticəsində ölən amerikalıların yaxınları ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd olan Hillari Klintona qarşı iddia qaldırıb.
Diplomatik xidmətin informasiya bölməsinin əməkdaşı Şon Smit və keçmiş hərbçi Tayron Vudsun valideynləri onların ölümündə Hillari Klintonu təqsirli hesab edirlər.
“Özünün seçkiqabağı kampaniyasında Klinton iddiaçıları birbaşa yalançı adlandıraraq, bəzən də yalançı olduqlarına işarə edərək onları ləkələməyə çalışıb. Bu cür bəyanatlarla o öz imicini yüksəltməyə, onları qorxutmağa və Benqazi hücumu ilə barədə danışmamaları üçün psixoloji təsir göstərməyə cəhd edib”, — deyə iddia ərizəsində deyilir.
Xatırladaq ki, aprelin 14-də prezidentlik postuna namizədlərin debatı zamanı Hillari Klinton dövlət katibi olduğu zaman Liviyada baş verən xaosa görə məsuliyyəti üzərindən atıb.
Həmçinin martın 15-də o, Liviya kampaniyası zamanı heç bir amerikalının xəsarət almadığını deyərək, 2012-ci il sentyabrın 12-də Benqazidə ABŞ konsulluğuna edilən hücumu xatırlatmayıb.
2012-ci ilin sentyabrında Benqazidə ABŞ səfirliyinə edilən hücum zamanı 4 ABŞ vətəndaşı, 10 liviyalı polis nəfəri həlak olmuşdu. Həlak olanlar arasında ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens də var idi.