BAKI, 9 avq-Sputnik. İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana səfəri başa çatıb.
Hər iki prezidenti Heydər Əliyev Beynəlxalq Aeroportundan Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Həsən Ruhani avqustun 7-də, Vladimir Putin isə 8-də Bakıya təşrif buyurmuşdular. Onlar Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və birlikdə görüşüblər.
Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib. Birgə bəyənnamə imzalanıb.