SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Üç prezidentin növbəti görüşü İranda keçiriləcək

© REUTERS / Alexander Zemlianichenko/PoolТрехсторонняя встреча президентов России, Ирана и Азербайджана в Баку. 8 августа 2016 года
Трехсторонняя встреча президентов России, Ирана и Азербайджана в Баку. 8 августа 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Cavad Zərif: Birgə Bəyannamə İran, Azərbaycan və Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcək.

BAKI, 8 avq-Sputnik. Avqustun 8-də Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşündən sonra hər üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı olub.

Sputnik Azərtac-a istinadla xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Rusiya dövlət başçılarının iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunları barədə məlumat verərək bildirib ki, danışıqlarda "Şimal-Cənub" dəhlizi ilə bağlı məsələlər müzakirə olunub.

Diqqətə çatdırılıb ki, bu görüşün yekunları, eyni zamanda, energetika, nəqliyyat, turizm, biznes, gömrük və digər sahələrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək. "Artıq Bəyannamədə də deyildiyi kimi, biz həm xarici işlər nazirləri, həm də digər nazirlər səviyyəsində müzakirələrə başlamışıq. Düşünürük ki, bu formatda görüşlərin keçirilməsi münasibətlərimizin inkişafına təkan verəcək",-deyə E. Məmmədyarov bildirib. Qeyd edilib ki, müzakirələr zamanı elektrik enerjisinin satışı ilə bağlı məsələlər də geniş müzakirə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün birgə bəyannaməsini imzalayırlar - Sputnik Azərbaycan
Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitinin yekun bəyannaməsi imzalanıb
Keçirilən görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğunu qeyd edən nazir Elmar Məmmədyarov bildirib ki, Sankt-Peterburq görüşündən sonra münaqişənin həlli ilə bağlı imkanlar mövcuddur. İstəyirik ki, təhlükəsizliklə bağlı olan məsələlər də həllini tapsın. Bəyannamədə də qeyd edilir ki, həll olunmamış münaqişələrlə bağlı məsələlər narahatlıq doğurur və çətinliklər yaradır. Sənəddə "Şimal-Cənub" dəhlizindən tam istifadə olunması üçün münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllinin vacibliyi qeyd edilib.

Azərbaycanın bu Zirvə görüşünə ev sahibliyi etməsini yüksək qiymətləndirən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, üç ölkənin dövlət başçıları tərəfindən imzalanan birgə Bəyannamə İran, Azərbaycan və Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcək. İranın xairici işlər naziri bu formatda əməkdaşlığın bir nümunə olduğunu qeyd edib. Bildirilib ki, dövlət başçılarının və xarici işlər nazirlərinin növbəti toplantısı Prezident Həsən Ruhaninin təşəbbüsü ilə İranda keçiriləcək.

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov diqqətə çatdırıb ki, birgə Bəyannamədə üç ölkə arasında əlaqələrin bütün sahələri əhatə olunub. O qeyd edib ki, gün ərzində keçirilən görüşlər üç ölkənin mövqelərinin daha da yaxınlaşmasına töhfəsini verib. Nazir əlavə edib ki, gələn il qarşıda duran layihələrin icrası ilə bağlı, həmçinin üç ölkənin müxtəlif struktur rəhbərlərinin görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Xəbər lenti
0