Ərdoğanın fransız qəzetinə dedikləri Avropanı narahat edib

© Photo : LAURENT VAN DER /LE MONDETürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransanın “Le-Monde” qəzetinə müsahibə verir. Ankara, Prezident sarayı, 6 avqust 2016-cı il
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransanın “Le-Monde” qəzetinə müsahibə verir. Ankara, Prezident sarayı, 6 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
“Bizim vətəndaşlar üçün azad viza rejimi tətbiq edilməsə miqrant razılaşması qüvvədən düşəcək”, - deyə Türkiyə prezidenti bildirib.

BAKI, 8 avq – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı qarşısında şərt qoyub. Sputnik bu barədə TRT-yə istinadən məlumat verib.

Fransanın yüksək tirajlı qəzetlərindən olan “Le-Monde”yə müsahibə verən türkiyə dövlət başçısı vurğulayıb ki, Türkiyə vətəndaşlarına azad viza verilməyəcəyi təqdirdə Avropa İttifaqı ilə mart ayında miqrantlara dair razılaşma müqaviləsi qüvvədən düşmüş hesab olunacaq.

“Bizim vətəndaşlar üçün azad viza rejimi tətbiq edilməsə miqrant razılaşması qüvvədən düşəcək”, — deyə o bildirib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Qərb Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çeviriliş cəhdindən sonra Türkiyəni tək qoyub.

“Aİ Türkiyəyə səmimi davranmır” deyən dövlət başçısı bidirib ki, Türkiyə vətəndaşlarına azad vizanın iyunun 1-dən etibarən verilməsinə başlanılmalı idi. Lakin verilən söz yerinə yetirilməyib.

Ərdoğanın açıqlamalarına münasibət bildirən İtaliyanın daxili işlər naziri Angelino Alfano “əgər türklər qapıları açsa, bu bütün Avropa üçün dağıdıcı olar. Milyonlarla qaçqınla üz-üzə qalarıq” deyib. 

Xəbər lenti
0