Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Naziri küçədə qarət etdilər

© Wikipedia / CREATIVE COMMONSPortuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges. Arxiv şəkli
Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Naməlum şəxs portuqaliyalı nazirə yaxınlaşaraq bıçaqla hədələyib mobil telefonunu və pul kisəsini alıb.

BAKI, 8 avq — Sputnik. Rio-2016 Olimpiya oyunları zamanı portuqaliyalı nazir qarət olunub. 

Sputnik “RİA Novosti”yə istinadən xəbər verir ki, Rio-de-Janeyroya Portuqaliya nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarına gələn təhsil naziri Tiaqo Brandao Rodriges küçələrin birində qarət edilib.

Naməlum şəxs ona yaxınlaşaraq bıçaqla hədələyib mobil telefonunu və pul kisəsini alıb. Oğurluq baş tutsa da, tez bir zamanda naziri qarət edən şəxs polislər tərəfindən saxlanılıb. 

Nazir açıqlamasında bildirib ki, oğrunun əlində soyuq silah vardı, hücum qəfildən olub. “O bizim əşyalarımızı oğurlamaq istəsə də ətrafda çox sayda insan buna müqaxilə edib və qarət oğrunun istədiyi kimi baş tutmayıb.”

Xəbər lenti
0