Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Azərbaycan mediası müəllimləri şagirdlərin gözündən salıb"

© Photo : edu.gov.azBakı məktəblərindən birində tədris prosesi. Arxiv şəkli
Bakı məktəblərindən birində tədris prosesi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tahir Cəfərli: Medianın şagirdlərin tərbiyəsinə neqativ təsirini çox gözəl bilirik.

BAKI, 3 avq-Sputnik. Orta məktəblərdə media və gender dərsləri keçirilməlidirmi? Son zamanlar bu barədə suallar cəmiyyətdə tez-tez səslənir.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, Dil və ədəbiyyat beynəlxalq elmi nəzəri jurnalının baş redaktoru Tahir Cəfərli Sputnik-ə açıqlamasında bu suallara cavab verməyə çalışıb.

O, deyib: "Jurnalistika mədəniyyəti deyilən bir anlayış var. Təəssüflər olsun ki, Sovet təhsil sistemi dağılandan sonra uşaqlara qəzet, jurnal və kitabların necə oxunması, başa düşülməsi məsələlərinin öyrədilməsi aradan götürülüb. Demək olar ki, orta məktəb şagirdlərində məqalənin yazılması, təqdim olunması, başa düşülməsi anlayışları yoxdur. Məktəblərdə jurnalistikanın yəni, medianın tədris olunması və göstərilməsi vacib məsələlərdən biridir. Bu, tərbiyəvi nöqteyi-nəzərdən də lazımlıdır. Çünki, şagirdlərin tərbiyəsinə medianın nə qədər təsir etdiyini, özü də neqativ təsirini çox gözəl bilirik".

Оружие журналиста. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Media böhran burulğanında: jurnalistlərin sosial durumu ağırlaşıb
Tahir Cəfərli bildirib ki, məktəblərdə medianın mənimsənilməsi, yəni, qəzetin, jurnalın təsiri ilə bağlı müəllimlərin özləri müəyyən metodika hazırlamalıdırlar. Müəllimlər elə etməlidirlər ki, şagirdlər internetdə, mediada ortaya atılmış, onların tərbiyəsinə mənfi təsir edən verilişlərə, yazılara yaxın durmasınlar. Azərbaycanın məktəblərində əfsuslar olsun ki, belə tərbiyəvi işlər aparılmır. 

Gender məsələsinə gəldikdə, Tahir Cəfərli deyib ki, Sovet dövləti dağılmamışdan əvvəl məktəbdə ailə psixologiyası dərsləri keçirdilər. Burada ailənin qurulması, qız-oğlan münasibətləri öyrədilirdi. Sonra bunun tədrisi dayandırıldı. Çünki hesab edirdilər ki, bu, məktəbdə uşaqların gözünün açır, onları korlayır. "Yaxşı olar ki, qız ilə oğlan arasında abır-həya anlayışı saxlanılsın. Elə şeylər var ki, məktəb yaşına uyğun deyil. Bunu məktəbdə tədris etmək olmaz" — deyə ekspert bildirib.

O, qeyd edib ki, cavan insanın iş tapması, evlənməsi bizdə gəlib 32-33 yaşına çıxıb.

Onun fikrincə, Azərbaycan mənəviyyatının öyrənilməsi, insanların özünü necə aparması ilə bağlı kitab olmalıdır:

"Qabaqlar xaricdə belə kitablar var idi. Belə kitablar yazılmalıdır, uşaqlar məktəbə gələndə böyük-kiçik yerini bilməlidir, müəllimə münasibət dəyişməlidir. Azərbaycan mediasında müəllimi heç ediblər. Beləliklə, müəllimləri şagirdlərin gözündən yerə salırlar. Azərbaycan cəmiyyətində müəllimə qarşı hörmətsizlik var. Orta məktəblərdə media dərslərinin keçirilməsi təqdirəlayiqdir. Şagirdlərin özünü necə aparması, davranış qaydaları ilə bağlı proqramlar yazılsa, tətbiq edilsə çox yaxşı olardı".

CƏMİYYƏT
Əli Həsənov: Mətbuat daxili və xarici imicin formalaşmasında resursdur
Qeyd edək ki, orta məktəblərin yuxarı sinif şagirdlərinə həm gender, həm də media dərslərinin keçilməsi ilə bağlı təşəbbüs Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının müəllimi, filologiya elmləri namizədi Təranə Mahmudovadan gəlib. 

T.Mahmudova mediada yayılan neqativ xəbərlərin əhaliyə mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bu cür xəbərlər mədəniyyətdən, təhsildən, inkişafdan uzaq qalan insanlara ideya verir və onlar baş vermiş neqativ hadisələri yamsılamağa çalışırlar.

Mahmudovanın sözlərinə görə, dünyanın bütün inkişaf etmiş ölkələrində media dərsləri keçilir və şagirdlərə medianın təsiri altına düşməmək, media manipulyasiyalarına uymamaq üçün müvafiq biliklər aşılanır.

Xəbər lenti
0