BAKI, 8 avq-Sputnik. Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bu barədə deyib ki, Bakıda iqlim normasından yüksək temperatur qeydə alınıb.
Hazırda paytaxtda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir.
Qeyd edək ki, isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.
Son günlərdə Azərbaycanda yayın ən isti temperaturu (42 dərəcədən yüksək) qeydə alınıb.