Ailələrə ödənəcək kompensasiyanın miqdarı açıqlandı

© AP Photo / Omer KuscuПротестующие против переворота , пытаются защитить себя во время перестрелки между полицией и военными силами в Стамбуле
Протестующие против переворота , пытаются защитить себя во время перестрелки между полицией и военными силами в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə hökuməti hərbi çevriliş cəhdi nəticəsində ölən və xəsarət alanların ailəsinə ciddi məbləğdə kompensasiya ödəyəcək.

BAKI, 6 avq-Sputnik. Türkiyə hökuməti hərbi çevriliş cəhdi nəticəsində ölən və xəsarət alanların ailəsinə kompensasiya ödəyəcək.

Sputnik-in məlumatına görə, bu barədə Türkiyənin əmək və sosial təminat naziri Süleyman Soylu bildirib.

Nazirin sözlərinə görə, mülki və xidmət çəkən şəxslərin ailələri 240 min lirə məbləğində (79 min dollar) birdəfəlik kompensasiya alacaqlar.

Bundan başqa, onlara hər ay 3,2 min lirə (1000 dollaradək) müavinət veriləcək, həmçinin, ailənin iki üzvü daimi işlə təmin olunacaq.

Türkiyədə iyulun 15-dən 16-na keçən gecə hərbi çevriliş cəhdi nəticəsində 246 nəfər (qiyamçıları çıxmaq şərti ilə) həlak olub, 2 mindən çox şəxs yaralanıb.

Xəbər lenti
0