Azərbaycanda uşaqlara hökmdarların adını verməyə başlayıblar

© Aktyorun şəxsi arxivindən"Hökmdarın taleyi" filmi. Fətəli şah
Hökmdarın taleyi filmi. Fətəli şah - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə 5 yaşa qədər 26 Xətai yaşayır.

BAKI, 6 avq-Sputnik. Azərbaycanda son zamanlar uşaqlara verilən adlar arasında qədim və dini adlara üstünlük verildiyi deyilirdi. Artıq ölkəmizdə hökümdarların da adları populyarlaşmağa başlayıb.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Sputnik "Report"a istinadla xəbər verir ki, son beş ildə doğulan uşaqlardan 26-sı Xətai adlandırılıb.

25 körpəyə Fətəli, 81-nə Şəmsəddin, 28-nə İbrahimxəlil, 1-nə Mehdiqulu, 2-nə Qacar, 10-na Mehrəli, 10-na Şahverdi, 105-nə Ziyad, 22-nə Ziyadxan adı qoyulub.

Bundan başqa, son beş ildə doğulan körpələrə Cahan (273), Cavad (634), Cavadxan (24), Pənahəli (3), Cavanşir (214), Əmirxan (102), Sara (871), Tomris (37), Saraxatun (9) kimi adlar verilib.

Verilən adlar arasında Ziyadə, Ziyaddin, Ziyadəli, Ziyadi, Ziyadət, Ziyaddın, Cahandar, Cahanə, Cahanbanu, Cahana, Cahanxanım, Cavadağa, Cavadəli, Sarabəyim, Saraxanım, Saranur, Sarah kimi adlar da var.

Xəbər lenti
0