SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Barak Obama Fətullah Gülən haqqında danışdı

© AP Photo / Susan WalshBarak Obama, ABŞ prezidenti
Barak Obama, ABŞ prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti: Bu işi ciddi qəbul edirik, ancaq bunu sübut etmək lazımdır.

BAKI, 6 avq-Sputnik. ABŞ prezidenti Barak Obama 15 iyulda Türkiyədə baş verən dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən barədə açıqlama verib.

Demokrat Partiyasının üzvü olan bir türk iş adamının "Gülən qaytarılacaq mı?" sualına Obama "bu işi ciddi qəbul edirik, amma bunu sübut etmək lazımdır" cavabını verib.

Sputnik NTV-yə istinadla xəbər verir ki, ABŞ-da yaşayan türk iş adamı Murat Gözəl Barak Obamadan FETÖ-nün Türkiyədə çevriliş cəhdi və təşkilatın kapitanı Fətullah Gülənin qaytarılması məsələsini soruşub.

Gözəl çevriliş cəhdindən sonra Türkiyədə birlik-bərabərlik duyğusunun artdığına diqqət çəkdiyini, xüsusilə Türkiyə xalqının, ABŞ siyasətçilərinin çevriliş cəhdinə münasibətindən və Fətullah Gülənin qaytarılmasının bu qədər uzanmasından narahat olduğunu deyib.

Obama isə öz növbəsində deyib: "Bu, Türkiyədə ilk zərbə sınağı deyil və bu mövzuda həssas olan Türkiyə xalqı çevriliş cəhdində iştirak edənlərə yaxşı bir dərs verdi. Müxalifət də daxil olmaqla bütün seqmentlər çevrilişə qarşı dayandı. Türkiyənin əhəmiyyətli bir müttəfiqi olan ABŞ çevriliş cəhdinə qarşı olaraq Türkiyənin yanında yer aldı. Gülənin geri qaytarılması üçün dəlillərə görə hüquqi yol əsas götürüləcək. Bu işi ciddi qəbul edirik, ancaq bunu sübut etmək lazımdır".

 

Xəbər lenti
0