Azərbaycanın sabiq naziri həbsdən azadlığa buraxılıb

Abunə olmaq
Bu barədə sabiq nazirin vəkili Əfqan Məmmədov məlumat verib.

BAKI, 6 avq-Sputnik. Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.

Sputnik-in məlumatına görə, bu barədə sabiq nazirin vəkili Əfqan Məmmədov məlumat verib.

O, Report-a bildirib ki, N.Quliyevin həbs müddəti başa çatıb.

N.Quliyevi 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

N.Quliyev əvvəllər 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılsa da, səhhətində yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.

Xəbər lenti
0