BAKI, 6 avq-Sputnik. Fransanın Ruan şəhərində barda yanğın baş verib.
Sputnik paris-normandie.fr saytına istinadla xəbər verir ki, yanğın ilkin versiyaya görə qaz partlaması səbəbdən baş verib. Barda ad gününü qeyd etməyə toplaşanlardan 13 nəfər yanaraq ölüb, 6 nəfər isə xəsarət alıb. Ad gününə toplaşanların əksəriyyəti gənclər olub.
Hadisənin "Le Cuba Librе" barında, gecəyarısı qeydə alındığı bildirilir.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Yanğın rayonunda hərəkət məhdudlaşdırılıb.