BAKI, 5 avq-Sputnik. İran dünya dövlətləri arasında ilk dəfə olaraq smartfonlar üçün nəzərdə tutulmuş məşhur "Pokemon Go" oyununu qadağan edib.
Sputnik-in məlumatına görə, İslam Respublikası bu addımı təhlükəsizlik məqsədi ilə atdığını açıqlayıb.
Qadağanın digər əsas səbəbləri açıqlanmır. Qərar İran İslam Respublikasının Virtual Məkan Ali Şurası tərəfindən qəbul edilib.
"Pokemon Go" rəqəmsal və real dünyanı özündə birləşdirən pulsuz oyundur. O, dünyanın bir neçə ölkəsində yasaqlanıb.