BAKI, 5 avq-Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin təyin edilməsi barədə sərəncam imzalayıb.
Sputnik-in məlumatına görə, sərəncama əsasən, Fəxri Xanhüseyn oğlu Kazımov bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Fəxri Kazımov Milli Məclisin deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğludur.
Fəxri Kazımov bundan əvvəl Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsində çalışıb.