BAKI, 5 avq – Sputnik. Türkiyə-İraq sərhədində PKK terrorçuları hərbi bazaya hücum edib.
Sputnik xəbər verir ki, hadisə Hakkari şəhəri, Şəmdinli rayonu, Təkəli kəndinin ərazisində baş verib.
Məlumata görə, Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında silahlı insident olub. Nəticədə 2 hərbçi həlak olub, 6-sı yaralanıb.
Bölgəyə əlavə qüvvələr göndərilib, Türkiyə-İraq sərhədində terrorçuların yerləşdiyi mövqelərə top zərbələri endirilib. Bundan sonra qırıcı təyyarələr terrorçuların yerləşdiyi mövqeləri bombalayıb.