BAKI, 5 avq-Sputnik. Avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, hərbi qulluqçuya lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.
Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejiminin pozulması və hərbi qulluqçumuzun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.