Rusiya vətəndaşının evindən pul oğurlayan ağdaşlını polis saxlayıb

© gazeta-bam.ruhəbs
həbs - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda Rusiya vətəndaşının evindən 150 min dollar pul oğurlayan Ağdaş sakini tutulub.

BAKI, 5 avq-Sputnik. Bakıda Rusiya vətəndaşının evindən 150 min dollar pul oğurlayan Ağdaş sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sputnik-ə daxil olan məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 12-də Rusiya Federasiyası vətəndaşı Bəhman Səmədovun evindən 150.000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Aqil Vəkilov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0