Ukrayna Rusiyanın yeni səfirini qəbul etmədi

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidMixail Babiç.Arxiv şəkli
Mixail Babiç.Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Ukrayna xarici işlər nazirinin Avropa inteqrasiya üzrə müavini Yelena Zerkal məlumat verib.

BAKI, 4 avq — Sputnik. Ukrayna Mixail Babiçi Rusiyanın yeni səfiri kimi qəbul etmir.

Sputnik-in məlumatına görə, bu barədə Ukrayna xarici işlər nazirinin Avropa inteqrasiya üzrə müavini Yelena Zerkal məlumat verib.

Onun sözlərinə görə, hazırda Rusiyanın Ukraynadakı səfirinin təyinatı məsələsi gündəmdən çıxarılıb.

XİN başçısının müavini bildirib ki, Ukraynanın çoxdan Moskvada səfiri yoxdur və Ukrayna normal fəaliyyət imkanları baxımından məhduddur, başqa sözlə, Rusiyanın Kiyevdə səfirinin olmaması Ukrayna və Rusiya arasındakı münasibətlərə heç bir təsir göstərməyəcək.

Xatırladaq ki, bir həftə əvvəl Rusiya prezidenti Vladimir Putin Mixail Zurabovun Rusiyanın Kiyevdəki səfiri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edib. Bundan sonra Rusiya tərəfi Kiyevdən Rusiya prezidentinin Volqa Federal Dairəsində səlahiyyətli nümayəndəsi olan və əvvəllər güc strukturlarında işləyən Mixail Babiçin səfir təyin edilməsinə razılıq verməsini xahiş etmişdi.

Xəbər lenti
0