BAKI, 4 avq — Sputnik. ABŞ hökuməti ötən gün "Wall Street Journal" qəzetində çıxan xəbərə münasibət bildirib. Sözügedən qəzetdə yayımlanan məqalədə Obama administrasiyasının İrana 400 milyon dollar məbləğində pul ötürdüyü qeyd olunurdu.
Sputnik Reuters-ə istinadən xəbər verir ki, prezidentin spikeri Coş Ernest bu məbləğin Haaqa məhkəməsinin qərarına əsasən nəzərdə tutulmuş ödəniş olduğunu bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin yanvar ayında müxtəlif valyutalarda olan məbləğin təyyarə ilə ABŞ-dan çıxarılması İranla bank əlaqəsinin olmaması ilə bağlı idi. Eyni zamanda, məmur vurğulayıb ki, 400 milyon dollar heç bir halda girovların azad edilməsi üçün ödəniş kimi qəbul edilməməlidir.
Qeyd edək ki, Vaşinqtondan külli miqdarda vəsait çıxarılmasıyla İranın həbsdə olan 4 ABŞ vətəndaşını azadlığa buraxması üst-üstə düşüb.