BAKI, 4 avq-Sputnik. Bu gün Bakının bir bəzi yerlərində içməli suyun verilişinə məhdudiyyətlər qoyulacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətimnin İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik-ə verilən məlumata görə, Bakı şəhərinin İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 04 avqust 2016-cı il tarixində gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə — İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.