Bülənt Arınc və bir neçə AKP-çi sabiq nazirin ölkədən çıxışına qadağa qoyula bilər

© haberturkBülent Arınç
Bülent Arınç - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar Fətullah Gülənlə əlaqədə ittiham olunurlar.

BAKI, 3 avq-Sputnik. Türkiyədə 4 sabiq nazirə qarşı cinayət işi açıla bilər.

Sputnik xəbər verir ki, İstanbul prokuroru sabiq baş nazirin müavini, eks-spiker Bülənt Arınc, sabiq Gənclər və İdman naziri Suat Kılıç, sabiq Ədliyyə naziri Sedulla Ergin və sabiq Təhsil naziri Hüseyn Çelikin ölkəni tərk etməsinə dair qadağa qoyulmasını tələb edib.

Məlumata görə, sabiq nazirlər Fəthullah Gülənin hərəkatı ilə əlaqədə ittiham olunurlar.

15 iyul dövlət çevrilişinə cəhddən sonra adıçəkilən şəxslərin Fətullah Gülənlə və onun təşkilatı ilə bağlı dediyi xoş sözlərin videokadrları yayılırdı. O kadrlardan birində, Bülənt Arınc hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dilindən Fətullah Gülənə təriflər yağdırmışdı.

Xəbər lenti
0