İsraildə uşaqlara həbs cəzası veriləcək

© AP Photo / Ariel Schalitİsrail Parlamenti Knessetin iclası. Arxiv şəkli
İsrail Parlamenti Knessetin iclası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail parlamenti qətldə və digər ağır cinayətlərdə ittiham edilən, yaşı 14-dən aşağı olan uşaqlara həbsxana cəzasını nəzərdə tutan qanunu qəbul edib.

BAKI, 3 avq-Sputnik. İsrail parlamenti qətldə və digər ağır cinayətlərdə ittiham edilən, yaşı 14-dən aşağı olan uşaqlara həbsxana cəzasını nəzərdə tutan qanunu qəbul edib.

Sputnik-in məlumatına görə, Knessetin (İsrail parlamenti) mətbuat xidmətindən bildiriblər ki, bu təşəbbüs keçən ilin payızında, Fələstinin çoxsaylı hücümlarına qarşı reaksiya olaraq qəbul edilib.

Xatırladaq ki, bu hadisələrdə 40 nəfər həlak olub və yüzlərlə insan yaralanıb. Dəfələrlə belə hücümlar yeniyetmələr tərəfindən həyata keçirilib.

Yeni qanuna əsasən, məhkəmələr 14 yaşa çatmayan uşaqlara həbsxana cəzasını nəzərdə tutan qərarları verə biləcək. Amma uşaqlar cəzalarını 14 yaşa çatdıqdan sonra çəkəcəklər. 14 yaşa qədər olan uşaqlar isə qapalı tipli internatlarda saxlanılacaqlar.

Xəbər lenti
0