SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Elmar Məmmədyarov da "xain çevriliş cəhdi"ndən danışdı

Abunə olmaq
Elmar Məmmədyarovun Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

BAKI, 3 avq-Sputnik. Azərbaycan və Türkiyə xarici işlər nazirləri daimi əsasda təmas saxlayırlar. Bu xüsusda, Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında növbəti telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə ediblər.

Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.

Mövlud Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.

Xəbər lenti
0